Əsgərlərə məktub! – bir Azərbaycan qadının dili ilə…

0
264

“Başda Cənab Prezident İlaham Əliyev olmaqla, Mərd Azərbaycan Ordusunu və Xalqımı 18 Oktyabr Müstəqillik Günü münasibəti ilə təbrik edirəm”. Bunu VOİCEPRESS-ə açıqlamasında Xətai rayonu, 221 saylı orta məktəbin ədəbiyyat müəllimi, şairə- publisist Lalə Məmmədli söyləyib. Onun sözlərinə görə, Qarabağı sevmək üçün, Qarabağlı olmaq gərəkmir: “Vətəmizin hər qarışı qiymətlidir. Dilimizdə bir şüar var. Qarabağ Azərbaycandır! Amalımız Vətən yoludur! Gözü yaşlı anaların göz yaşları, mərd oğul yetişdirdikləri üçün duyduqları qürurun simgəsidir! Hər qarış torpağımda dalğalanan bayrağımın qürurunu bizə yaşadan Azərbaycan Əsgərinə eşq olsun! İlk müstəqillik bayramıdır ki, bu müstəqilliyi gərçəkdən hiss edirəm! İşğaldan azad olan torpaqlarımızı gördükcə, müstəqilliyimizi və suverenliyimizi damarlarımda, iliyimdə hiss edirəm!  Cəbrayılda, Horadizdə, Fizulidə, neçə neçə kəndlərimizdə dalğalanan bayrağımız  fərəhimizdir!  Çox yaşa mərd əsgərim! Müstəqillik gününü belə qürurla və fərəhlə qeyd etməyi Xalqına bəxş edən Azərbaycan Əsgərinə “Qələbə” çox yaraşır! Yaşa ey əsgərim! Çünki yaşayaraq yaşadırsan həm Xalqını, həm Vətəni!”

Şairə-publisist Lalə Məmmədlinin “Qarabağ Azərbaycandır! başlığı altında qələmə aldığı şeiri diqqətinizə çatıdırırıq. 

 Qarabağ Azərbaycandır!

Qaça-qaça, uça-uça gedəcəyəm, vətənimə

İllər idi, həsrət idim Qarabağın hər yerinə

Orda mənim, böyüməyən uşaqlığım…

Orda mənim yaşanmamış xəyallarım…

Yeni doğan uşaq kimi orda yenə doğulacam!

Vətənimin qucağında məğrur-məğrur yaşayacam!

El bilir ki, sən mənimsən, Vətənimsən Qarabağım

Qəlbimdə kök salan diyar, adı qara əlvan bağım

Hamı duysun, bilsin deyə,

                   addım-addım bağıraraq yürüyəcəm!

Mən hər qarış torpağını öpə-öpə sürünəcəm!

Sən ey mənim qürur yerim! Havam, suyum,

Bilirəm ki, sənə gəlsəm, artıq heç vaxt ölməyəcəm!

Sənə doğru gəlirik biz!  Qarabağım, aç qolunu!

Qarşıla sən, bu torpağın rəşadətli qız, oğlunu

Təmizlə sən köksündəki yağıları, ilanları…

Səninlədir həsrət çəkən anaların duaları.

Səninlədir gözəl Vətən! mərd əsgərin.

Səninlədir 10 milyonluq sevənlərin…

İlham ilə silahlanıb sənə doğru yeriyirik!

Bitsin hicran, çox gec oldu, evimizə dönməliyik!

 

 

VOİCEPRESS