Azərbaycan Ordusunun zəfərləri ilə ilhamlanan Azərbaycanın gənc şairəsi Lalə Məmmədlinin növbəti şeiri də, “Əsgərimə” adı ilə səngərdəki əsgərləri yeni qələbələrə səsləyəcək bir ananın duası və diləyi olaraq yayınlamaq istədik.
Lalə Məmmədli: “Bizlər arxa cəbhənin əsgərləriyik. Əli silahlı əsgərlərimiz bizlər üçün savaşarkən, bizlər də arxa cəbhədə əli qələmli savaşmalıyıq deyə düşnürəm!”
Əsgərimə
Rəvamıdır, deyib-gülmək?
Səngərdədir xəyallarım.
Ordumuza qurban olum,
Azad olur torpaqlarım.
Vətənimə dəyən güllə
Dəysin mənim ürəyimə,
Bizi qalib edən həmlə
Kömək olsun Əsgərimə!
Gülsün ana, gülsün uşaq
Salam olsun hər birinə.
Zəngilandan ruhlanaraq,
Şuşa gülsün Əsgərimə!
Ordu elin dayağıdır,
Qəddinizə tutunmuşuq.
Biz sizinlə var olmuşuq
Qalxan-zəfər bayrağıdır!
Ümidlər çətir olsun
Çecələri çıraq olsun
Tanrım özü kömək olsun
Çətin anda Əsgərimə!
Lalə Məmmədli/ eksklüziv olaraq VOİCEPRESS üçün.