Prezidentin köməkçisi Hikmət Hacıyev Ordumuzun ilk qələbəsi münasibəti ilə xalqımızı təbrik edib.
VOICEPRESS xəbər verir ki, AzTV-nin canlı yayımında Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov son məlumata əsasən, azad edilən kəndlərimiz və yüksəkliklərin adını çəkib və uğurlu əməliyyatların davam etdiyini bildirib.
Daha sonra Hikmət Hacıyev media nümayəndələrinin alqışı altında xalqımızı ilk qələbə münasibəti ilə təbrik edib.
Qeyd edək ki, Ordumuz Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edib.
Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murav dağı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.