Ermənistanın itkilərinin yeni siyahısı: qadın snayperlər də var

0
196

Ermənistan Müdafiə Nazirliyi bu gün ölən erməni hərbçilərinin yeni siyahısını yayıb.

VOİCEPRESS xəbər verir ki, yeni siyahıda daha 26 erməni hərbçisinin adı əks olunub.

Bununla da Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərindən 84 nəfərinin adını rəsmən açıqlayıb. Ölənlər arasında iki qadın snayper, həmçinin könüllülər var.

Qeyd edək ki, bundan öncə Ermənistan MN-nin yaydığı məlumatda 200-dən çox yaralı olduğunu açıqlanmışdı.

Azərbaycan MN isə Ermənistanın ölü və yaralı olmaqla, ümumi itkisinin 550-dən çox olduğunu bildirib.