Ermənilər yeni hücumlara hazırlaşır – İcma rəhbəri

0
4

 

VOİCEPESS xəbər verir ki, bunu Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamenti”nin Şuşa şəhərinə köçürülməsini şərh edərkən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin bildirib.

Onun sözlərinə görə, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir. Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.

Bəyan edirik ki, Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək.