Çavuşoğludan Qarabağ mesajı: Kökündən həll etmək istəyirik

29 Sentyabr, 16:10

Ermənistan Azərbaycan torpaqlarından çıxacaq.

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Münaqişənin sülh yolu ilə həll üçün illərdir çox əmək sərf etdik. Ermənistan Azərbaycan torpaqlarından çıxacaq. Bu olmadığı müddətdə problem həllini tapmayacaq. Meydanda və masada Azərbaycanın yanındayıq. Bu məsələni kökündən həll etmək istəyirik”, – nazir bildirib.