ATƏT-ə seçkilər bu tarixdə başlayır

0
2

xəbər verir ki, Baş katib Tomas Qreminqerin vətəndaşı olduğu İsveçrənin Xarici İşlər Departamenti növbəti seçkilər üçün heç bir namizəd irəli sürmədiyini elan edib. Namizədlərin təklifi qapalı keçirildiyinə görə hazırda yalnız bir nəfər namizədin kimliyi ictimaiyyətə məlum olub. Bu isə Almaniyanın təklif etdiyi və hazırda Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Baş katibi vəzifəsində çalışan Helqa Şmiddir. Növbəti üç il müddətində vəzifələrini icra etməli olan namizədlərin seçki prosesinə sentyabrın 21-də start veriləcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama bu ilin sonunda keçiriləcək ATƏT Nazirlər Şurasının iclasına kimi bütün mühüm postlar üzrə təyinatların rəsmiləşdirilməsini istəyir. Bu isə elə də asan proses olmaya bilər, çünki beynəlxalq qurumda təmsil olunan 57 dövlətin nümayəndələri hər bir vəzifəyə təyin olunacaq namizəd barədə qərarı konsensus əsasında qəbul etməlidirlər.

Qeyd edilməlidir ki, bu il iyulun 11-də ATƏT-in hər dörd mühüm postuna rəhbərlik edən şəxslərin səlahiyyət müddəti uzadılmayıb və növbəti üç il müddətinə bu postlar üçün yeni seçki prosesinə start verilib.