“Siyasi mövqeyindən, dinindən və irqindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı bu trpaq üçün, cənab prezidentin ətrafında birləşməlidir!” VOİCEPRESS-in verdiyi xəbərə görə, bunu Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu gün çoxdandır gözlənilən an gəlib yetişdi. Artıq şəhidlərimizin qanı yerdə qalmayacaq: “Qarabağ həsrəti ilə analarımız, atalarımız həyatdan köçməyəcək. Artıq mənim xalqımın nümayəndələri qaçqın və məcburi köçkün adını daşımayacaq! 30 illik işğala son qoyacaq bir cəsarətə, siyasi iradəyə sahib dövlət başçımız, illərdir ikili standartlara xidmət edən beynəlxalq təşkilatları qınayaraq, ədalətsizliyə son qoymağa səslədi. Biz də, bu mövqeyə arxa çıxmalıyıq. Torpaqlarımıza sahib çıxmalıyıq. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi ilə ruhlanmalıdır. Bu gün xalqımın hər bir fərdini Heydər Əliyevin dillərə dastan olan həmrəylik şüarı ilə, İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi qarşısında birlik və həmrəy olmağa çağırıram.
Tovuz hadisələrindən sonra, düşmən tərəfindən yeni bir təxribat qəbuledilməzdir. Ermənilərin bu addımı Ermənistanın regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsi sayəsində sadəcə torpaqlarımızı düşməndən azad etmək deyil, eyni zamanda regionda sülhün və ədalətin brəqarar olmasına da nail olacağıq!”
Sonda partiya sədri bir daha hər kəsə müraciət edərək, həm qələbə sevinci ilə gözaydınlığı verdi, həm də hər kəsi cənab Prezidentin ətrafında bir yumruq kimi birləşməyə çağırdı.
Ü. Fərmanqızı/VOİCEPRESS