Anar Kərimov: “Teatrların ənənəvi qaydada fəaliyyəti ilə bağlı məsləhətləşmələr aparılır”

0
3

“Teatrların fəaliyyəti barədə biz Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparmışıq”.

VOICEPRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O bildirib ki, yeni teatr mövsümündə teatrların ənənəvi qaydada fəaliyyəti ilə bağlı qərar Operativ Qərargah tərəfindən verilir: “Qərarlar hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda, ölkəmizdəki pandemiya dinamikası da diqqətdə saxlanılır. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir”.