ABŞ bu gecədən bizə qarşı hərəkətə keçdi – Zərif

0
7

VOİCEPRESS xəbər veri ki, bu açıqlama ilə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

ABŞ-ın İrana qarşı beynəlxalq ictimai rəydə bir konsensus təmin edə bilmədiyini deyən Zərif Vaşinqtonun bu səbəbdən də Mübahisələrin Həlli Mexanizmindən istifadə edərək İrana təzyiq etməyə çalışdığını söyləyib:

“ABŞ İrana silah satanlara sanksiya tətbiq edəcəyini söylədi. BMT TŞ ABŞ-ın qərarını təsdiqləməyib. Başqa ölkələr də onunla əməkdaşlıq etməyəcək. Vaşinqton adət etdiyi kimi yenidən zorakılığa əl ata bilər və ancaq başqa dövlətləri bizimlə birgə hərəkət etməyə məcbur edə bilmərik. Beynəlxalq ictimaiyyət bu zorakılığa necə reaksiya göstərəcəyinə qərar verməlidir”.