Əsli Kazımova: “Müharibənin başlaması ilə beynəlxalq arenada dostumuzu da tanıdıq, düşmənimizi də…”

0
130

“Müharibənin başlaması ilə beynəlxalq arenada dostumuzu da tanıdıq, düşmənimizi də…”Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Ermənistan bütün beynəlxalq konvesniyalara və beynəlxalq hüququa zidd olaraq,  dinc əhalini hədəf almağa davam edir: “Dinc Azərbaycan sakinləri ölür. Uşaqlar, qadınlar, yaşlılar ermənilərin hədəfinə çevrilib. Cəbhə xəttindən uzaq şəhərlərimiz erməni silahlı qüvvələri tərəfindən güllə baran edilir. Belə bir şəraitdə, beynəlxalq təşkilatlar  sadəcə müharibənin dayandırılması ilə bağlı çıxışlar edirlər. Bu günə qədər BMT daxil heç bir beynəlxalq təşkilat  işğalçı və dinc əhaliyə divan tutan Ermənistana qarşı sanksiyaların tətbiqi ilə bağlı çıxışlar etmir. Azərbaycan heç kəsin torpaqlarına müdaxilə etməyib. Azərbaycanın hazırda apardığı müharibə heç Dağlıq Qarabağ ərazisində belə deyil. Azərbaycan ordusunun birmənalı olaraq,  düşmənin təxribatının qarşısını almaq məqsədi ilə açdığı cavab atəşi  öz mövqelərini qorumaq məqsədi daşıyır. Əldə edilən məlumatlara görə, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan Fransa, ABŞ, Rusiya  və İran tərəfindən Ermənistana dəstək verilir. Bu birmənalı olaraq, terrora dəstək vermək kimi qiymətləndirilməlidir. Dünya birliyi bu təcavüzə və dinc əhaliyə tutulan divana göz yummaamalıdır. Beynəlxalq təşkilatlar dərk etməlidir ki, onlar tərəfindən sərgilənən bu mövqe artık ikilistandartlar deyil, bu birmənalı olaraq erməni terroruna göz yummaqdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında isə Azərbaycan torpaqlarında terrora  izin verilə bilməz. Ali Baş Komandanın qətiyyətli duruşu  və Güclü Azərbaycan Ordusu ilə Azərbaycan mütləq sürətdə regionda sülhə təhdid olan erməni terroruna son verəcəkdir!”

Daha sonra partiya sədri Erməni Silahlı Qüvvələrinin təxribatı nəticəsində başlanan müharibədə Azərbaycanın yanında olan, başda qardaş Türkiyə dövləti olmaqla, dəyanətli Pakistan, ermənilərin sərt reaksiyasına rəğmən iradəli mövqe ortaya qoyan Gürcüstan və Ukrayna kimi dövlətlərin  dəstəyini yüksək qiymətləndirdiyini bildirib: “Azərbaycan nə səmimi dostluğu, nə də, ona qarşı düşmənçilik mövqeyindən çıxış edənləri unutmur!”

 

 

Ü.Fərmanqızı/VOİCEPRESS