Əsli Kazımova: “İnsan hüququları təsisatları belə ikili standartlarla yanaşma sərgiləyirsə, sizcə hansı demokratiyadan və ya vətəndaş faktorundan danışmaq olar?”

0
12

Bu gün digər ölkələrlə müqayisədə  Azərbaycanda polislərin xalqa olan müsbət münsibətinin səbəbkarı Azərbaycan Respublikasının Prezidentidir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bir çox beynəlxalq  demokratik təşkilatlar və hüquqi təsisatlar belə vətəndaş faktorunu gözardı edir: “Bu gün inkişaf etmiş ölkələrdə polis və vətandaş münasibəti heç də, demokratik prinsiplərə əsaslanmır. Xüsusilə Latın Amerikası ölkələrini, ABŞ, Fransa kimi ölkələrdə biz bunun şahidi ola bilirik. Diqqət etsək görərik ki, həmin dövlətlər “demokratiyadan” daha çox danışır.  Demokratiya olan dövlətdə vətəndaş faktoru bir nömrəli məsələ olmalıdır. İnsan hüququları təsisatları belə ikili standartlarla yanaşma sərgiləyirsə, sizcə hansı demokratiyadan və ya vətəndaş faktorundan  danışmaq olar? Əsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yeni idarəetmə modeli ilə bir çox inkişaf etmiş ölkələrin “demokratiya” adı altında apardıqları falş siyasəti ortaya qoymağa müvəffəq oldu. Ölkə başçısı  qanunun qarşısında sosial statusun ola bilməyəcəyini çox sərt şəkildə hər kəsə qəbul etdirdi. Bu bir tərəfdən də ölkə başçısının möhkəm siyasi iradəsindən irəli gəlir. Bu gün ölkəmizdə polislərin əmək haqlarını zaman zaman artırmaqla, onlara dövlət tərəfindən gərəkli yaşam şəraitləri ilə təmin etməklə bərabər, onların xidmətini yüksək qiymətləndirir. Amma vətəndaş faktorunu  vəzifəsindən asılı olmayaraq hər kəsin xidmətindən daha öncül olduğunu  və ölkə adına alınan bütün qərarların birmənalı olaraq vətəndaşa xidmət etməsi  cənab İlham Əliyevin  yeni dövlət idarəetmə modeli kimi bir çox inkişaf etmiş dövlətlər tərəfindən təcrübə olaraq öyrənilməsi gərəkir.

 

Hazırda ölkəmizdə polis- vətəndaş, məmur- vətəndaş, dövlət və müxalif düşərgə arasında  aparılan dialoqlar çox müsbət nəticə verir. Hesab edirəm, Cənab Prezidentin təşəbbüsü ilə ölkədə tətbiq edilən bu idarəetmə modeli, ölkəmizi çox qısa zamanda  demokratiya mərkəzinə çevirəcək”