Ortopediya üzrə mütəxəssisindən xəbərdarlıq: “Stiletto geyinməklə, xəstəliyin irəliləməsi və simptomların daha da ciddiləşməsi qaçılmaz ola bilər …”

31620

VOİCEPRESS-in əməkdaşları məşhur Ortopediya və Travmatologiya mütəxəssisi Dr. Gökçə Mik ilə çox önəmli və çox maraqlı müsahibə hazırlayıb. Müsahibəni  oxucularımızın diqqətinə çatdırmadan əvvəl,  Gökçə beyi yaxından tanımaq və etimad edəcəyimiz həkimin məhz  Dr. Gökçə Mik olduğuna əmin olmak için bir az məlumat vermək istədik.

1999 cu ildə  İstanbul Cərrahpaşa  Universitetinin Tibb fakültəsindən məzun olduqdan sonra, 2005 ci ildə Doktor Lütvi Kırdar Tədris və Araşdırma Xəstəxanasında Ortopediya və Travmatalogiya ixtisası üzrə  mütəxəssis olaraq təhsili tamamlayır. 2005 ci ildə Amerikanın  Pensilvaniya Universitetinin maddi dəstəyi ilə  “Children’s Hospital of Philadelphia”, ( Filadelfiya Uşaq Hosbitalın)da Uşaq ortopediyası üzrə təhsil alır. 2007 ci ildə  Filadelfiyanın Presviterian xəstəxnası və Sinay dağında Alfred Dyupon adına Tibb Mərkəzində çalışır. 2010 cu ildə Nyuyorkda Xüsusi Cərrahiyə Hostbitalının  Ayaq və daban mütəxəssisi doktor Devid Levinlə bərabər çalışıb. 2015 ci ildə Çikaqoda  fəaliyyətə başlayan “American Academy of Orthopaedic Surgeons” yəni, Amerika  Ortopediya Cərrahları Akademiyasında Ayaq və ayaq biləyi travmaları cərrahiyyəsi və sport zədələnmələri üzrə çalışır.  2007 ci ildən etibarən isə İstanbul Ortopediya və Travmatalogiya Xəstəxanasında mütəxəssis olaraq çalışmaqdadır.  Protez Cərrahiyyəsi, Ayaq və ayaq biləyi cərrahiyyəsi,  Deformasiya və sümük uzatma cərrahiyyəsi ilə yanaşı Pediyatrik Ortopediya üzrə xidmət göstərir. İstanbul Həbib Odasının, Türkiyə Ortopediya və Travmatologiya Dərnəyinin, Şimali Amerika Artroskopiya Dərnəyinin, Yurtdışı Ortopediya Məzunları Birliyinin üzvüdür.

İndi isə travmatologiya və ortopediya üzrə tanınmış mütəxəssis Dr. Gökçə Mik ilə müsahibəni diqqətinizə çatdırırıq:

-Gökçə bəy, bu günlərdə daha çox rast gəlinən “Hallux Valgus” xəstəliyi haqqında məlumat ala bilərikmi?

-“Hallux Valgus” xəstəliyi  ayaq baş barmağının sol və sağ tərəfə doğru əyilməsi deməkdir. El arasında bu xəstəlik “ayaq baş barmaq çıxıntısı” vəya “bunyon” olaraq tanınır. Bu xəstəlik zamanı ayağın birinci barmağının daraq sümüyü içəriyə doğru, baş barmaq sümüyünün isə xaricə doğru əyilməsi nəticəsində bucaq forması əmələ gətirir. Həmin bucaq nöqtəsində də sümük çıxıntı şəkli alır. Bu xəstəlik ümumilikdə daha gənc yaşda çox az gözə çarpacaq şəkildə özünü göstərir. Zamanla irəliləyərək, daha çoddi narahatçılıqlara səbəb olur. Bəlli bir zaman kəsiyindən sonra xəstəni əməlli başlı taqətdən salır, ağrıları olur, gəzməsini və ayaqqabı geyinməsini belə çətinləşdirir.

– Bir çox xəstələri narahat edən bir məsələ var. Dediyiniz “Hallux Valgus” kimi ayaq xəstəliyində barmaqarası silkonlardan istifadə edərək, xəstəliyin qarşısını almaq mümkündürmü?

-Bilirsiniz, xəstəlik irəlilədikcə baş barmaq sümüyünün xaricində, yəni dəri üzərində gözlə görünən şəkildə qızartı, şişlik və iltihab müşahidə olunur. Hətta ayaqqabı geyinərkən, gəzərkən xəstə ağrı və keyləşmə hiss edir. Silkon aparatlar əslində ayaqqabının cildə və iltihab nahiyyəsinə olunan təzyiqi qısa zaman kəsiyində belə olsa, önləyir və rahatlata bilir. Amma bu keçicidir. Yəni silikonlar bu kimi xəstəliklərdə müalicəvi xarakterə malik deyil. Çünki heç bir şəkildə deformasiyaya uğramış sümükləri düzəltə bilməzlər. Hətta ayaqqabı içindəki sahəni darlaşdırdığı üçün digər barmaqlara da təsir edərək, onlarında deformasiyaya uğramasına səbəb ola bilər. Dolayısı ilə silikon aparatlar xəstələrə tövsiyə edildiyi zaman, sümükləri düzləşdirici xüsusiyyətlərə malik olduğunu söyləsələr də, “Hallux Valgus” xəstələrinin müalicəsində xeyirdən çox zərər verə biləcəyi də qeyd edilməlidir.

– O zaman, bu xəstəlik günlük yaşam tərzinə necə təsir edə bilər və bunun qarşısını necə ala bilərik?

-Təsirlər əslində xəstəlik irəlilədikcə özünü biruzə verir. Ən önəmli təsiri isə xəstələrin yaşam şəklini ciddi şəkildə pozur. İlk öncə ayaq baş barmaq kənarlarında ağrı, qızartı ilə yaşam tərzini dəyişir. Daha sonra xəstələr ayaqqabı geyinə bilməkdə çətinlik çəkməyə başlayır.  Qadınlar ilk öncə yüksək dabanlı ayaqqabı (kabluk) getməyə çətinlik çəkir. Amma xəstəlik irəlilədikcə xəstələr adi sport ayaqqabısı belə geyinməyə çətinlik çəkirlər. Günlük enerji atma miqdarının azalmasına səbəb olur. Çox rahat hərəkət edəbilməzlər, gəzə bilməz və hətta normal şəkildə idmanla məşqul ola bilməzlər. Bundan dolayı günlük pəhrizlərinə riayət etsələr belə, kalorini yetəri qədər vücudlarından ata bilməkdə çətinlik çəkdikləri üçün asanlıqla kilo alırlar. Xəstələr adətən gəldiklərində bunu belə şikayət edirlər: “Mən normal qidalanıram, pəhrizə riayət edirəm amma  kilo alıram!” Bu əslində çox ları tərəfindən diqqət edilməyən məqam olsa da,  bunun ayaqda başlayan ağrının  səbəbi olduğunu düşünməliyiz. Unutmamalıyıq ki, passiv bir həyat tərzi ilə çox asanlıqla  ürək xəstəlikləri və  qan təzyiqi kimi xəstəliklərə asanlıqla düçar ola bilərik.

-Əslində müəyyən bir yaşdan sonra bir çox insanlarda bu kimi problemlər rastlanır. Amma statistikaya əsasən desək, bu xəstəlik Türkiyədə çox mu yayılıb?

-“Hallux Valgus”, Türkiyədə olduğu kimi bütün dünyada çox yayılmış bir xəstəlikdir. 18-65 yaş arası bütün insanlarda görülə bilən xəstəlikdir. Bu xəstəlik  kişilərlə müqayisədə qadınlarda 7  dəfə daha çox rast gəlinən xəstəlikdir. Statistikaya diqqət edərsək, əgər bir kişidə bu xəstəlik varsa, 6-7 qadında müşahidə olunur. Bunun səbəbi isə genetik faktorlar olduğu kimi, qadınların yüksək dabanlı, ucu sivri və dar ayaqqabılardan istifadə etməsidir. Elmi olaraq bu isbat olunsa da, ayaqqabıları nə qədər çox geyinsək bu xəstəlik bir o qədər də, çox irəliləyəcək.  65 yaşından sonra bu xəstəlik  35%  daha çox müşahidə olunur. Yəni hər 100  adam arasında 65 yaşdan yuxarı bu xəstəliyə yoluxmaqdadır. Amma daha çox müalicə etdiyimiz xəstələr təxminən 30-40 yaş arası aktiv çalışan gənc xətələr grupudur. Çünki bu yaşda olan xəstələrin ayaqqabı seçim çeşidləri müxtəlif olur. Bu yaşda qadınlar da daha çox yüksək daban ayaqqabı geyməyə üstünlük verir və çox ayaqda olurlar.

-Hər kəsin, xüsusən də, yüksək daban geyinən qadınların öyrənmək istədikləri bir məsələ var.  Yəni həqiqətən də, yanlış ayaqqabı seçimi Hallux Valgus’a səbəb ola bilər mi?

– Yəni, dediyim kimi sadəcə yanlış seçilmiş ayaqqabı Hallux Valgus xstəliyinə səbəb deyil. Bu sadəcə səbəblərdən biridir. Əslində xəstələrdən genetik faktör çox önəmlidir. Yəni xəstənin genləri bu xəstəliyə yatqındırsa, o zaman belə amillər daha çox rast gəlinir. Belə insanlar  yüksək dabanlı və nisbətən dar stilettolara üstünlük verdiyi halda bu xəstəliyin irəliləməsi qaçınılmaz hal alır.

– Bildiyimiz kimi “Bunion” əməliyyatı “Hallux Valgus” xəstələrinin müalicəsi üçün gərəkli əməliyyata deyirlər. O zaman bu əməliyyat haqqında məlumat verərdiniz. Necə bir əməliyyatdır?

– Əməliyyat əlbəttə ki, xəstəliyin dərəcəsi və növünə görə dəyişir. Öncəliklə müalicənin uğurlu və uzunmüddətli olması üçün, xəstənin hansı növ Hallux Valgus xəstəliyinə düçar olduğu, xəstəliyin dərəcəsi müəyyən edilir.  Ona görə də, müalicə metodları tətbiq edilir. Əslinə baxarsan, bu xəstəlikdən əziyyət çəkənləri  əməliyyatsız olaraq müalicə etmək mümkün deyil. Əməliyyatsız sadəcə xəstənin şikayətlərini az da olsa azaltaraq, önləyici tədbirlər almaq mümkün olur. Amma deformasiyaya uğramış sümükləri sözün əsil mənasında tamamilə əməliyyatsız düzəltmək mümkün olmur. Çünki əməliyyat yolu ilə deformasiyaya uğramış sümüklər düşləşdirilir.

“Hallux Valgus” əməliyyatlarında hər iki ayaq eyni vaxtda əməliyyat oluna bilinirmi?

-Əlbəttə, hər iki ayaq eyni vaxtda əməliyyat oluna bilər. Amma bir ayaqda xəstəlik daha çox irəliləmişsə, digər ayaqda nisbətən yeni deformasiya mərhələsindədirsə, o zaman biz daha ağır formada olan ayağı öncə əməliyyat edirik. Daha sonra digər ayağdakı irəliləyən xəstəliyin  qarşısını alırıq. Buna görə də, xəstə əməliyyatı daha rahat və asan keçirir. Xəstəlik hər iki ayaqda eyni dərəcədə ağırdırsa, o zaman hər iki ayaqda əməliyyatı eyni vaxtda edirik.

-O zaman bu xəstəliyin sağalma müddəti nə qədər olur? Əməliyyatdan dərhal sonra xəstələr gəzə bilirlərmi?

-Əlbəttə, xəstələrimiz əməliyyat olunduqları gün, hətta əməliyyatdan bir neçə saat sonra ayağa qalxaraq, ayaqlarını yerə möhkəm şəkildə basaraq, dəstəksiz gəzə bilirlər. Beləcə də, xəstəliyin sağalma müddətini azaltmış oluruq. Bu müddət ümumilikdə belə müşahidə olunur: Birinci gün normal şəkildə ayağa qalxaraq, möhkəm şəkildə ayqlarını yerə basaraq gəzə bilərlər. Üçüncü gün günlük həyat tərzinə geri dönüp, gündəlik gördükləri işləri edə bilirlər. Əlbəttə söz ayaqda olan işlərdən getmir. Amma bir önəmli tərəfi odur ki, bu əməliyyatdan sonra hər hansısa bir qol ağacına gərək olmur. Xəstələrə çalışdıqları işə uyğun olaraq istirahət müddəti veririk. Onlardan istədiyimiz  bircə şey, onlara verdiyimiz ayaqqabını 6 həftə ərzində geyinmələridir. Əslində onlara tövsiyyə etdiyimiz ayaqqabıların normal ayaqqabılardan bir fərqi yoxdur. Amma bu ayaqqabı əməliyyatdan sonra xəstənin ayağını normal qəlibə oturur şəkildə qoruması üçündür. Bu ayaqqabı ilə onlar normal günlük yaşam şəraitlərinə daha sürətlə dönə bilərlər. Hallux Valgus əməliyyat sonrası tövsiyyə olunan bu ayaqqabı ilə toya, görüşə, toplantılara qatıla bilər, qadınlar uzun libaslarla da geyinə bilərlər.

-Gökçə bəy, hər birimizə məlumdur ki, çox sayda insan bu gün xəstəliyin ilkin mərhələsində deyil. Yəni bir çoxlarında xəstəlik yetəri qədər irəliləyib. Çünki bir çoxları xəstəlik ən son mərhələyə çatana qədər həkimə getməkdən çəkinirlər. Ona görə də, həmin xəstələri nəzərə alaraq, Hallux Valgus xəstəliyi ağırlaşdıqca, müalicəsi də, bir o qədər ağırlaşırmı?

-Əslində bu vəziyyət bütün xəstəliklərdə keçərlidir. Hallux Valgus xəstəliyi ağırlaşdıqca, müalicəsi çətinləşir deyə bilmərik, ama sümük əməlli başlı deformasiyaya uyğun olur ki, bunu da normal hala gətirmək çox aman alır. Ama yenədə müalicə etmək mümkündür. Ən ağır mərhələdə belə müarcət edən xəstələri də, sağlığına qovuşdura bilirik. Amma təbii ki, əməliyyat və müalicə müddəti uzandığı kimi, sağalma müddəti də, xeyli vaxt ala bilir.

P.S

Şəfa tapmaq istəyən, xəyalları yarım qalmış idmançılar, xəyallarınızın arxasınca getmək istəyənlər üçün əlaqə nömrəsini də, qeyd edirik. Bir “alo” deməniz yetərlidir:

Məsul şəxs: Ömər Ərdəm/ Əlaqə telefonu:+905533522298

Əvvəlki məqaləErmənistan nəşri “İrates” : Paşinyan simasını itirib…
Növbəti məqalədəRusiyada son sutkada 5 159 nəfər COVID-19-a yoluxub