MN: Ərazi itkisinə yol verilməyib, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır

89858

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib”.

Bunu Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı VOİCEPRESS-in sorğusunu cavablandıran Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Əvvəlki məqaləOrdumuz düşməni geri çəkilməyə məcbur etdi
Növbəti məqalədəƏsli Kazımova: “ Bu sessiyanın keçirilməsi Azərbaycanın beynəlxalq platformadakı pozisiyası üçün dönüş nöqtəsi olacaq…”