Ermənistan nəşri “İrates” : Paşinyan simasını itirib…

35042

VOİCEPRESS-in Ermənistanın “İrates” nəşrinə istinadən verdiyi xəbərə görə, Ermənistanın mövcud hakimiyyəti Paşinyanın barmaqları arasından toz kimi tökülüb gedir. 

Daha sonra erməni nəşri  Ermənistanın daxili siyasi müstəvisində baş verən hərc mərcliyi təsvir edərək, qeyd edir:  “Bir tərəfdən ölkənin Konstitusiya məhkəməsinin partiyalar və fraksiyalar rasında ayırımçı mövqeyə səbəb olacaq problemi. Onsuzda “Mənim addımım” (Moy Şaq) fraksiyası kontrol etmək hər gün daha da çətinləşir. Digər tərəfdən Makuntsun Zarenin  oğlu, əlində içki butulkası olan Aykom Sarkisyan ilə bağlı özünü aparma qabiliyyəti. Bu adam onsuz da Nikol Paşinyanın  “ qara siyahısın”a daxil adam idi. Çünki həmin adamı Nikol Paşinyan sözün əsil mənasında özünə real rəqib kimi görür. O da, ümumiyytlə Ermənistan hakimiyyətində heç kəsi saymır, elə Nikol Paşinyanın özünü də…

“Mənim addımım” fraksiyasının işi gücü isə həmin şəxsin təbliğatını aparmaqdan ibarədir. Sözül əsil mənasında Paşinyanın rəqibinin keçdiyi bütün yollardakı buraxılan izlər əməlli başlı işıqlandırılır. Sosial media hesablarında bahalı avtomobillərlə, prezidentin iqamətgahına ziyarətləri zamanı çəkilmiş eksklüziv fotolar hər zaman görmək mümkündür”.

Erməni nəşrinin Paşinyanın rəqibi deyə qeyd etdiyi şəxs, “Mənim addımım” fraksiyasının sədri Lilit Makuntsdur. Paşinyanın mübarizə apardığı  qadın rəqib Lilit Makunts qeyd edək ki,  Ermənistan parlamentinin deputatıdır. O daha əvvəl Ermənistanın Mədəniyyət naziri vəzifəsini icra edib.

Digər tərəfdən erməni nəşri bildirir ki, hazırda Ermənistan hakim dairələri Paşinyanı və onun qərarlarına protesto etmək məqsədi ilə kütləvi halda ölkədə  pandemiyadan müdafiə üçün tətbiq edilən maska məcburiyyətinə qarşı toplu rəsmlər çəkərək sosial mediada paylaşırlar. Bu isə deyilənə görə Pşinyanın səbrini sınayan son damla olub.

Erməni nəşri  Ermənistanın siyasi arenasında baş verən xaosun  yay tətili bitdikdən sonra “kəskin döyüş” gözlənilir kimi şərh edib.

Fərman Musazadə/VOİCEPRESS