Deputat köməkçisi: “Vahid Əhmədov hazırda Türkiyədə müalicə alır”

92611

“Vahid Əhmədov hazırda Türkiyədə müalicə alır və vəziyyəti yaxşıdır”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib.
O bildirib ki, həkimlərin qərarından asılı olaraq, Vahid Əhmədov yaxın günlərdə ölkəyə qayıdacaq:
“Özəl təyyarə ilə 1 həftə əvvəl Türkiyəyə gedib. Səhhətində problem yaranıb. 2 il əvvəl Türkiyədə əməliyyat olunmuşdu. İndi isə yenidən əməliyyata ehtiyac qalmayıb”.

Əvvəlki məqaləTürkiyə Azərbaycana yardım göndərdi
Növbəti məqalədəForbes: Qafqazda dron müharibəsi başlayacaq