Daha bir jurnalist virusa yoluxdu – Açıqlama

81763

Bakupost.az saytının əməkdaşı koronavirusa yoluxub.

Bunu VOİCEPRESS açıqlamasında saytın baş redaktoru Elçin Zahiroğlu deyib. O bildirib ki, sözügedən əməkdaş tez-tez xəstəxanalarda olurdu və ictimai nəqliyyatdan istifadə edirdi:

“Bir aya yaxın idi ki, narahat idi. Bir neçə dəfə test vermişdi və nəticə neqativ çıxmışdı. Lakin sonuncu test zamanı virusa yoluxduğu aşkarlanıb”.

E.Zahiroğlu onu da qeyd edib ki, saytın əməkdaşları pandemiya ilə əlaqədar iki aya yaxındır evdən işlədiyi üçün həmin əməkdaşın digər işçiləri yoluxdurma ehtimalı azdır.

Əvvəlki məqaləƏr-Riyad yenidən Moskva ilə üz-üzə gələ bilər
Növbəti məqalədəİlham Əliyev yeni stansiyanın açılışını etdi