Rusiyada son sutka ərzində daha 8984 nəfərdə koronavirus aşkarlanıb

85680

Rusiyada son sutka ərzində daha 8984 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

VOİCEPRESS-in Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 467 673 nəfərə çatıb.

Son sutka ərzində 134 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 5859 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 226 731 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.

Əvvəlki məqaləPolis üstünə zibil atanların evinə belə daxil oldu
Növbəti məqalədəUkraynada koronavirusa yoluxanların sayı 27 minə yaxınlaşıb