Paşinyan koronavirusa yoluxdu

102809

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

VOİCEPRESS xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsindəki canlı yayım zamanı açıqlayıb.

Paşinyan koronavirus üçün ondan götürülən testin müsbət çıxdığını bildirib:

“Məndə heç bir simptom yox idi, amma səfərə getməli olduğum üçün test vermək qərarına gəldim. Bütün ailə üzvlərimin test nəticələri müsbət çıxıb. Aydındır ki, ailə üzvlərim məndən yoluxublar”.

Paşinyan onda hazırda heç bir simptomun müşahidə edilmədiyini və iqamətgahından işləməyə davam edəcəyini söyləyib.

Facebook

Əvvəlki məqaləErdoğan’dan eğlence mekanları ve nargile kafelerle ilgili açıklama!
Növbəti məqalədəƏliyevin Bakı və İrəvanı silkələyən çıxışı…