Çaxmaqlı: Prezidentin İrəvana qayıdacağımızı deməsi… – Video

113783

Biz tarixi Azərbaycan torpağı olan İrəvan ərazisində yaradılmış Ermənistanı bir dövlət kimi tanımırıq. Bu, süni şəkildə yaradılmış, heç bir tarixi əsası olmayan bir qurumdur.

Bu sözləri  açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikasının təsisçisi Qafar Çaxmaqlı Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə rayonun bir qrup idmançısı ilə görüşündə İrəvanın tarixi Azərbaycan torpağı olması haqda səsləndiriyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Prezident dəfələrlə bir çox beynəlxalq tədbirdə bu məsələni qaldırıb:

“İndiki Ermənistan ərazisi qədim Azərbaycan torpağıdır. Bu, tarixi faktdır. Hətta ölkə başçısı dəfələrə öz çıxışında Göyçə və Zəngəzurun Azərbaycan torpağı olduğunu da bəyan edib. Ölkə başçısının bir gün o torpaqlara qayıdacağımızı vurğulaması çox mühüm bir addımdır. Prezidentin İrəvanla bağlı tarixi faktları ortaya qoyması təbiidir. Çünki Ermənistan tərəfi işğalçı əməllərindən heç bir vəchlə əl çəkmir. Qondarma dövlət yaratması bəs deyilmiş kimi, 20 faizdən artıq torpağımızı da işğal edib”.

Q.Çaxmaqlı bildirib ki, bu gün erməni tərəfi Naxçıvana ərazi iddiaları ilə çıxış edir:

“Hətta Gəncəni belə öz tarixi torpaqları olaraq görməsi erməni həyasızlığının bir həddinin olmadığını göstərir. Ermənistanda Naxçıvanla bağlı petisiya da keçirilir. Ermənilər Naxçıvanın Azərbaycan ərazisi olduğunu təsdiqləyən Moskva və Qars müqavilələrini qüvvədən salmağa çalışırlar”.

Alim xatırladıb ki, ermənilərin 1918-ci ilədək regionda heç bir dövləti olmayıb:

“1918-ci ildə yaratdıqları dövlət isə 9 min kvadrat kilometr ərazidə idi. Onu da qeyd edim ki, bu ərazi Azərbaycan tərəfindən Ermənistana konkret müqavilə və şərtlərlə verilib. Daha sonra erməni tərəfi razılaşmanın tələblərini pozaraq, ərazisini 29 min kvadrat kilometrə çatdırdı. Bu da azmış kimi, Qarabağa ərazi iddiaları uzun müddət davam etdi və nəhayət, bu əraziləri də işğalda saxlayırlar”.

Professor bildirib ki, mühacirətdə yaradılan Qərbi Azərbaycan (İrəvan) Respublikası İrəvanın əsl sahibi olan azərbaycanlıların haqq səsini beynəlxalq aləmə çatdırmaq istəyir:

“Bu gün biz Qərbi Azərbaycan (İrəvan) Respublikası təsisçiləri olaraq, İrəvanla bağlı erməni tərəfinin dəfələrlə razılaşmaları pozmasını və başqa tarixi faktorları nəzərə alaraq, bu ölkəni tanımırıq. Azərbaycanın haqlı səsini geniş miqyasda dünyaya çatdırmağa çalışırıq. İrəvan tarixi Azərbaycan torpağıdır və bu, dəyişməz bir faktdır”.

Əvvəlki məqaləƏsli Kazımova: “Davamlı əməkdaşlıq prinsipləri hər zaman ölkəmizin ehtiyaclarına uyğun optimal cavab verilməsi üçün zəmindir”
Növbəti məqalədəPolislə insidentə görə saxlanan 11 nəfər həbs olundu