“AŞPA-nın fəliyyətinin az qala ali məqsədini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq təşkil edir”

107236

“Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxundu”.Bunu VOİCEPRESS-ə açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Azər Kərimli deyib.Azər Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyev tamamilə haqlı olaraq, Avropa Şurası Parlament Assambleyasından başqa bütün nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin Qondarma Dağlıq Qarabağın xunta rejimində keçirilən seçkiləri tanımadıqlarını bəyan etdiklərinə və qınadıqlara diqqət çəkdiyini bildirib: “Avropa Şurası Parlament Assambleyası uzun müddətdir ki, Azərbaycana qarşı ədalətsiz və obyektivlikdən tamamilə uzaq mövqe tutub. Burada təmsil olunan bəzi ölkələrin deputatların faktiki olaraq, bütün fəaliyyətlərini Azərbaycana böhtan atmaq, qərəzli mövqe sərgiləmək üzində qurublar. Belələrini anti-Azərbaycanşünaslar adlandırmaq, düşünürəm ki, daha doğru olar. Son zamanlar AŞPA-nın fəliyyətinin az qala ali məqsədini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq təşkil edir ki, bu da dünyanın bir çox ölkələrində insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu və buna qarşı susqunluğun müşayiət olunduğu bir zamanda daha aydın görünür”. Deputat qeyd edib ki, Avropa Şurası Parlament Asssambleyasının hətta özünün qəbul etdiyi qərarlara əməl etməməsi bu qurumun qəbul etdiyi qətnamələrin kağız parçası olduğunu sübuta yetirir: “Prezident İlham Əliyev öz nitqində ermənilərin Azərbaycana qarşı ekoloji terror həyata keçirdiklərini də vurğuladı. Qeyd edim ki, 2016-cı il yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul edib. Sənəddə “Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su resurslarından siyasi təsir və ya təzyiq vasitəsi kimi istifadə etməyi dayandırması” tələb olunur. Amma, bu qətnamənin qəbul edilməsindən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətini də davam etdirməkdədir. AŞPA isə hətta özünün qəbul etdiyi qətnamənin icrasını belə Ermənistandan tələb etmir, işğalçı ölkənin cinayətkar və beynəlxalq hüquqa sayğısızlıq üzərində qurulan davranışlarına qarşı adekvat addımlar atmır. Bu isə öz növbəsində AŞPA-nın nüfuzsuz bir təşkilata çevrilməkdə olduğunu nümayiş etdirir. Cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, bizə qarşı ünvanlanmış bütün ittihamların təməlində azərbaycanfobiya dayanır”.

Əvvəlki məqaləPolislə insidentə görə saxlanan 11 nəfər həbs olundu
Növbəti məqalədəƏsli Kazımova: “ Avropa Şurasının siyasəti obyektivlikdən və insan haqlarını müdafiə edə bilən beynəlxalq təşkilat statsusundan çox uzaqdır”