Əsli Kazımova: “ Avropa Şurasının siyasəti obyektivlikdən və insan haqlarını müdafiə edə bilən beynəlxalq təşkilat statsusundan çox uzaqdır”

107142

“Avropa Şurası Avropada insan hüquqları, qanunun aliliyi, demokratiya prinsiplərini əsas tutan beynəlxalq təşkilat kimi özünü göstərsədə, Avropada hələ bu prinsiplərin həyata keçirilməsində heç bir nəticə əldə edə bilməmiş bir təşkilatdır”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının  Birinci müavini Əsli Kazımova deyib. Onun sözlərinə görə, Avropa Şurasının anti-Azərbaycan mövqedə olması açıq aşkar görünür: “Düşünün,  Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qalan bir beynəlxalq təşkilat sonra  insan haklarından və  demokratiyadan danışır. İnsan haqlarına önəm verən təşkilat olaraq, bu son günlərdə Ermənistan paytaxtında baş vermiş etiraz aksiyalarına, insanların acınaqlı halda yaşayaraq, hüquqlarının Ermənistan hakimiyyəti tərəfindən tapdanmasına niyə səssiz qalır?

Axı bu təşkilat İnsan hakları və demokratiyadan danışır… Demokratiyanın olduğunu ifadə edən Ermənistanda insan hakları deyilən nəisə varmı? Qondarma Dağlıq Qarabağ Respublikasında işğalçı rejim seçkilər keçirdi. Avropa Şurası yenə səssiz qaldı.  Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri seçkilərin nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan etdikləri halda,  Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi. Cənab Prezident İlham Əliyev öz nitqində çox doğru vurğuladı. Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyinə Avropa Şurası niyə susur? Nəyə görə Avropa Şurası  beynəlxalq təşkilat olaraq, insan hakları və demokratiyadan bəhs etsədə, ədalətdən və obyektivlikdən danışsada  Azərbaycana qarşı ikili standartlarla yanaşır?

Avropa Şurası Ermənistan kimi cinayətkar hakim dairə ilə idarə olunan bir dövlətlə əməkdaşlıq etməsi, beynəlxalq normalara ziddir. Hesab edirəm, Avropa Şurasının siyasəti obyektivlikdən və insan haqlarını müdafiə edə bilən beynəlxalq təşkilat statsusundan çox uzaqdır. Bu məsələyə sadəcə rəsmi Bakı deyil, Avropa Şurasına üzv olan digər dövlətlərdə öz fikirlərini bildirməlidir. Çünki, beynəlxalq normalara zidd fəaliyyət nümayiş etdirərək, təşkilata üzv dövlətlər arasında tərəf tutmaq və ikili standartlara yol vermək təşkilatın qeyri obyektivliyinin göstəricisidir”.

Əvvəlki məqalə“AŞPA-nın fəliyyətinin az qala ali məqsədini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq təşkil edir”
Növbəti məqalədəDeputatdan Avropa Şurasına etiraz