Türkiyənin Qarabağa görə Rusiya ilə üz-üzə gəlməsi… – Deputat

123923

Əslində 16 avqust 2010-cu ildə Türkiyə ilə “Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin 2-ci maddəsi, əsgəri yardımın göstərilməsi nəzərdə tutulmasa da, hərbi ittifaqın yaradılması deməkdir.

VOİCEPRESS xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev  moderator.az -a müsahibəsində bildirib.

“Həmin maddədə deyilir: “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlirlər. Bu yardımın forması və həcmi təxirə salınmadan tərəflər arasında razılaşdıırılacaqdır”.

Müqavilənin 10-cu maddəsində müdafiə sahəsində əməkdaşlıq çərçivəsində müdafiə təyinatlı məhsulların təchizatı nəzərdə tutulsa da, tədbirlər sırasında əsgəri yardımın göstərilməsi qeyd olunmur. Əsgəri yardım haqqında müddəa müqaviləyə daxil edilsə, bu, NATO, yaxud KTMT tipli yeni hərbi ittifaqın yaradılması olar. Amma düşünmürəm ki, bu, Qarabağ probleminin həllinə kömək edə bilər. Çünki əvvəllər də demişəm ki, bu problemin risksiz və az qan tökülməsi ilə həllini istəyiriksə, Rusiyanın problemin həllində maraqlı olmasına çalışmalıyıq. Türkiyənin Qarabağ daxil, istənilən məsələyə görə böyük nüvə arsenalına malik Rusiya ilə üz-üzə gəlməsi bizim milli və dövlət maraqlarımıza cavab vermir”, – millət vəkili qeyd edib.

Əvvəlki məqaləPutin qondarma rejimin liderini parada dəvət etdi – Video
Növbəti məqalədəÇox qısa müddətdə başa düşəcəksiniz – Ərdoğan