Trampdan Suriya açıqlaması: Ərdoğan mənə dedi ki… – Video

124813

Biz Suriyanın Türkiyə ilə sərhədindən əsgərlərimizi çıxaranda hər kəs bunun qorxunc olduğunu bildirdi.

VOİCEPRESS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım və o, sərhədə biz olmadan da yaxşı nəzarət edildiyini söylədi. Bu sərhədi (Türkiyə-Suriya) 2 min ildir siyasiləşdirirlər. Biz Türkiyə və Suriya sərhədini qoruyurduq. İndi də əsgərlərimizi vətəndə görmək istəyirik. Mən bir il öncə bununla bağlı qərar verəndə tənqidlərə məruz qaldım. İndi onlar öz sərhədini qoruyurlar. Biz bölgədə nefti qoruduq. Yalnız bir nöqtədə neftlə bağlı problemləri həll edib, oradan çıxacağıq”, – Tramp bildirib.

Əvvəlki məqaləTürk ölkəsində siyasi çaxnaşma: Baş nazir getdi, yerinə isə…
Növbəti məqalədəPutin qondarma rejimin liderini parada dəvət etdi – Video