Rusiyada koronavirusa yoluxanların sayı 290 mini ötüb

161068

Rusiyada son sutka ərzində daha 8926 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

VOİCEPRESS-in Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 290 678 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 91 nəfər koronavirusdan ölüb.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 2722 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 70 209 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.

Əvvəlki məqaləRamazan bayramının namazının necə qılınması ilə bağlı RƏSMİ AÇIQLAMA
Növbəti məqalədəGürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötüb