Rusiyada koronavirusa yoluxanların sayı 250 mini keçib

163385

Rusiyada son sutka ərzində daha 9974 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

VOİCEPRESS-in Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 252 245 nəfərə çatıb.

Son sutka ərzində 93 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 2305 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 53 530 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

Əvvəlki məqaləİspaniyada son sutkada koronavirusdan 217 nəfər vəfat edib
Növbəti məqalədəBraziliyada koronavirusdan ölənlərin sayı 13 mini ötüb