Rusiyada azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı

7825

Rusiyada 50 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb. VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva yaxınlığındakı Lubertsı şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlının yanmış cəsədi küçədə tapılıb. Pandemiya fonunda mağazaların zərərlə işləməsindən gileylənmiş iş adamının cəsədi ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizasına göndərilib.    

Moskvada taksi xidməti ilə məşğul olan qardaşı isə onun sağlamlığından şikayətçi olmadığını söyləyib.

Əvvəlki məqaləSahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib
Növbəti məqalədəAğstafanın yeni icra başçısı kimdir? – DOSYE