Kilsə Ermənistanın süqutunun anonsunu verdi – Video

127552

Erməni xalqı onu daxildən zəiflədən və gərginlikləri artıran yanaşmalardan imtina etməlidir.

 VOİCEPRESS xəbər verir ki, bunu Böyük Kilikiya Evinin katolikosu I Aram deyib. O, ermənilərin I respublikadan (1918-ci ildə yaradılan Ermənistan respublikası nəzərdə tutulur) dərs çıxarmalı olduğunu bildirib.

Onun sözlərinə görə, bütün erməniliyin məqsədi Dağlıq Qarabağın “müstəqilliyi”nin gücləndirilməsindən ibarət olmalıdır:

“Çox ehtiyatlı olmalıyıq. I respublikanın mövcud olduğu şərait – epidemiya, iqtisadi böhran, xarici təzyiq və ətrafdakı düşmənlər indiki erməni reallığını xatırladır. Ehtiyatlı olun”.

Əvvəlki məqaləƏrdoğandan İstanbulun fəthi ilə bağlı – Açıqlama
Növbəti məqalədəTürk qırıcıları İraqda terrorçuları məhv etdi