Kəmaləddin Heydərov qəzaya düşdü

7889

Mayın 20-də Bakıda Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti avtomobili qəzaya düşüb.

VOICEPRESS saytı Unikal.org-a istinadən xəbər verir ki, K.Heydərova məxsus avtomobil işıqforu qırmızı işıqda keçəndə “Maserati”yə çırpılıb. Qəza zamanı nazir də avtomobildə olub. O, dərhal mühafizəçilərin olduğu avtomobilə əyləşərək hadisə yerini tərk edib.

Görüntüdən aydın olur ki, hər iki avtomobilə ciddi ziyan dəyib.

Əvvəlki məqaləAzərbaycanlı siyasi yazar: “Dövlət Diaspora Komitəsi ermənilərin əleyhinə heç bir layihəni maliyələşdirmir”
Növbəti məqalədəPrezident Mədəniyyət nazirini işdən çıxardı – SƏRƏNCAM