İlham Əliyev 3 fərman, 3 sərəncam imzaladı

155619

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

VOICEPRESS fərmanın mətnini təqdim edir:

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 610; 2009, № 10, maddə 779; 2016, № 4, maddə 661, № 6, maddə 1064, № 11, maddə 1840; 2017, № 6, maddə 1083; 2018, № 12 (I kitab), maddə 2600; 2019, № 5, maddə 838, № 8, maddə 1408) 2.2-3-cü bəndinə “Bakı Nəqliyyat Agentliyi” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və yerli icra hakimiyyəti orqanları videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlər görsünlər.

Əvvəlki məqaləPrezident İlham Əliyev Kəlbəcərin yeni icra başçısını videoformatda qəbul edib
Növbəti məqalədəPandemiya ilə əlaqədar xaricdən Azərbaycana gətirilən vətəndaşların sayı açıqlanıb