Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötüb

161061

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 701 nəfərə çatıb. 

VOİCEPRESS-in yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı “stopcov.ge” internet saytında bildirilib. 

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3890 nəfər karantində saxlanılır, 257 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Gürcüstanda indiyədək virusa yoluxanlardan 432 nəfəri sağalıb, 12 nəfər isə vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib. Virusun sürətlə yayılmasının qarşısını almaq məqsədi ilə martın 21-də ölkədə fövqəladə vəziyyət rejimi elan edilib.

Əvvəlki məqaləRusiyada koronavirusa yoluxanların sayı 290 mini ötüb
Növbəti məqalədəGürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilib