Gürcüstanda bir sıra məhdudiyyətlər ləğv edilib

157972

Bu gündən Gürcüstanda gözəllik salonları və bərbərxanaların, həmçinin estetika mərkəzlərinin fəaliyyəti bərpa edilib. 

VOİCEPRESS-in yerli bürosu xəbər verir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının xüsusi tövsiyələri əsasında sözügedən iş yerlərinin fəaliyyətlərini bərpa etmələrinə icazə verilib. 

Bundan başqa, qonşu ölkədə üç nəfərin bir yerə toplaşmasına qoyulan qadağa da  götürülüb. 10 və daha çox adamın bir yerə toplaşması, sürücü də daxil olmaqla, üçdən artıq adamın eyni nəqliyyat vasitəsində səyahət etməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 22-də başa çatacaq.

Əvvəlki məqaləGürcüstanda koronavirusa yoluxanların sayı 700-ü ötüb
Növbəti məqalədəAlmaniyada koronavirusa yoluxma ötən günlə müqayisədə üç dəfə azalıb