Ermənilərin “andiçmə” şousu zamanı gizlətdiyi məqam – FOTOLAR

7913

 İşğalçı Ermənistan dünən Azərbaycanın Şuşa şəhərində Qarabağ separatçılarının yeni liderinə “andiçmə mərasimi” keçirib.

VOİCEPRESS xatırladır ki, Şuşadakı Mədəniyyət Evində keçirilən “mərasimdə”  Qarabağ separatçılarının yeni lideri Araik Arutunyan Ermənistan baş naziri Nikol Paşinyanın və s. qonaqların qarşısında “and içib”.

Maraqlıdır ki, Ermənistan televiziyası canlı yayım zaman Mədəniyyət Evinin qarşısında keçirilən etiraz aksiyasını göstərməyib. Bir qrup siyasi fəal Arutunyanı “korrupsiyaya yox”, “biz səni seçməmişik”, “sizə inanmırıq” və s. şüarlarla separatçı liderə etiraz edib. Bu zaman əraziyə toplaşana çoxsaylı polis qüvvələri onlara güc tətbiqa edib.  

Əvvəlki məqaləKamran Əliyev iki rayona yeni prokuror təyin etdi
Növbəti məqalədə10 yaşlı uşağın Azərbaycan Prezidentindən istəyi: “Xahiş edirəm ki, cənab Prezident həmin məmurlara bunu da, öyrətsin….”