ASRP Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir

136621

Hörmətli həmvətənlər!

Möhtərəm Prezident İlham Əliyev  və vitse prezident xanım Mehriban Əliyeva!

Sizləri  mübarək Ramazan bayramı münasibətilə Azərbaycan Sosial Rifah Partiyasının heyyəti adından səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımızi  çatdırıram.

 11 ayın sultanı hesab edilən mübarək Ramazan ayı  öz bərəkəti, mərhəməti və  xoş abu-havası ilə elimizə-obamıza bolluq və bərəkət  gətirsin.  Bağışlayan Allahdan mübarək Quranın nazil olduğu bu nurani ayda bütün müsəlmanlara sülh və əminamanlıq  arzu edirəm.

Bildiyimiz kimi Ramazan əməllərimizi düşünməyin, mərhəmət, xeyriyyəçilik və fədakarlıq dəyərlərinin zamanıdır. Bu dəyərlər COVİD-19 pandemiyası ilə mübarizə dönəmində xüsusilə önəmlidir.  O üzdən başda Cənab Preident İlham Əliyev və xanım Mehriban Əliyevanın qayğı və diqqəti olmaqla,  Ramazan bayramında bizim sağlamlağımızın və təhlükəsizliyimizin keşiyində duran hər kəsə xüsusilə minnətdarlığımı bildirirəm. 

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, pandemiya ilə əlaqədar iftar süfrələri verilməsə də, müəyyən yardım aksiyaları keçirilir. Şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!

Əsli Kazımova

Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini

Əvvəlki məqaləASRP rəhbərliyi Ramazan bayramı ərəfəsində İmişli sakinləri ilə görüşüb
Növbəti məqalədəƏrəb birliyindən çağırış: Bu ölkədən çıxın!