ASRP rəhbərliyi Ramazan bayramı ərəfəsində İmişli sakinləri ilə görüşüb

6430

Azərbaycan Sosial Rifah Partiyasının rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik edib.

Heç kəsə sir deyil ki,  Azərbaycan Sosial Rifah Partiyası hər il Ramazan bayramında İmişli əhalisini iftar süfrəsi başına toplayırdı.

Bu il Covid-19 pandemiyası ilə əlaqədar  mövcud karantina səbəbiylə kütləvi halda iftar süfrələrinin təşkil edilməsi qadağan edilsə də, ASRP ənənəyə sadiq qalaraq, yenə də İmişli əhalisi ilə görüşüb, onların bayramını təbrik edib.

200-ə yaxın sakinin bayram əti ilə təmin olunmasına müvəffəq olan partiya, şəhid ailələrini də, diqqətdən kənar qoymayıb. Bir çox şəhid ailələrini şəxsən ziyarət edən ASRP-nin Birinci müavini Əsli Kazımova, hər bir ailənin Ramazan bayramını təbrik edərək, onları bayram sovqatları ilə sevindirib.

Əvvəlki məqalə10 yaşlı uşağın Azərbaycan Prezidentindən istəyi: “Xahiş edirəm ki, cənab Prezident həmin məmurlara bunu da, öyrətsin….”
Növbəti məqalədəASRP Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir