Əsli Kazımova : “İlham Əliyevin nümunəvi dövlət idarəçilik modeli xalqın rifahı və milli dövlətçilik ideyalogiyasına sədaqətlə xidmət etmək məqsədi daşıyır”

0
14178

 

“Cənab Prezident İlham Əliyev dəfələrlə məmurlara “siz xalqın xidmətçisiniz” deyə tapşırıb”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova ölkə başçısının xalqın rifahı naminə verdiyi  təxirəsalınmaz  qərarlarla bağlı danışarkən deyib. Onun sözlərinə görə, dövlət rəhbəri üçün dövlətin və xalqın maraqları hər şeydən üstündür: “Cənab Prezident  bunu dəfələrlə verdiyi qərarlarla sübuta yetirmişdir. İlham Əliyevin nümunəvi dövlət idarəçilik modeli birmənalı olaraq xalqın rifahı və milli dövlətçilik ideyalogiyasına  sədaqətlə xidmət etmək məqsədi daşıyır. Ona görə də, dövlət başçısı kimliyindən asılı olmayaraq, xalqın rifahına və milli dövlətçilik ideyalogiyasına xəyanət edən hər kəsin gec tez ədalət qarşısında cavab verməsi üçün əlindən gələni əsirgəmir. Dünyanı bürüyən Covid-19 pandemiyası ilə mübarizə dövründə dünya ölkələri ilə müqayisədə ölkə başçısının  rəhbərliyi ilə Azərbaycanda  həyata keçirilən qəti tədbirlər planını xüsusi qeyd etmək gərəkir. Cənab Prezident belə ağır bir zamanda dövlətin minimum zərərlərlə pandemiya dönəmindən çıxması üçün  xüsusi tapşırıqlar verdi.  Verdiyi tapşırıqların həyata keçirilib keçirilməməsi ilə bağlı xüsusi həssaslıq və diqqət göstərən Cənab Prezident əslinə bu addımı ilə xalqa olan sevgisini bir daha sübut etmiş oldu.

Covid-19 pandemiyası ilə mübarizə dövründə Cənab Prezident öz əmək haqqısını fonda bağışladığı halda, bir sıra məmurların bu ağır vəziyyətdən sui-istifadə edərək, ehtiyacı olan şəxslər üçün ayrılan dövlət vəsaitini qanunsuz olaraq, mənimsəmələri  dövlətə və xalqa xəyanət deməkdir. Onların bu kimi məkirli addımları birmənali olaraq,  ölkəmizdə pandemiyaya qarşı  aparılan sosial dəstək siyasətinə ziyan vurmaq məqsədi daşıyır. Məlum olduğu kimi çoxsaylı şikayətlər, korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama nəticəsində həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon İcra Hakimiyyətlərinin başçılarının mənəviyyata sığmayan hərəkətlərindən sonra, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının da, eyni addımı atması olduqca məyusedicidir. Düşünürəm ki,  cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqlar verilməsinə baxmayaraq,  xalqın və prezidentin etimadından sui-istifadə edən məmurlar mütləq sürətdə cəzalandırılmalıdır.

Əsli Kazımova eyni zamanda ölkə başçısı Cənab İlham Əliyevin  apardığı demokratik islahatlarla bağlı da, fikir bildirib: “Cənab Prezident ölkədə ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatlarını davam etdirir. Bu islahatlar ölkə başçısının artıq bir çox dövlətlərin diqqətini çəkməyi bacaran, nümunəvi dövlət idarəçilik modelinin tərkib hissəsidir. Cənab Prezidentin apardığı kadr islahatlarının, hər biri məmura tutduğu vəzifənin ona miras deyil,  xalqa xidmət üçün əmanət edildiyini xatırlatmaq məqsədi daşıyır. Düşünürəm ki, bu kadr islahatlarında olduqca önəmli amildir.

Xüsusilə hər bir təyinatın xüsusi qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsi təqdirə layiq haldır. Bu baxımdan Azərbaycan Respublikasının yeni Baş Prokurorunun təyin edilməsi və bu posta Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin namizədliyinin irəli sürülməsi birmənalı olaraq,  Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin nəticəsidir.

Bütün bunlarla yanaşı qeyd etməliyəm ki, bu gün ölkədə olduqca mühüm bir hadisəyə imza atıldı. İlk dəfə olaraq, Parlamentdə Azərbaycan Respublikasında İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyəti arasında əlaqə məhz Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirildi. Bu çox əlamətdar bir hadisədir. İcra Hakimiyyəti ilə Qanunvericilik Hakimiyyətinin  əlaqəli şəkildə birbaşa Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən fəaliyyəti, hesab edirəm daha şəffaf və operativ çalışma şəklinə tövhə vermiş olacaq”.