Ərəb birliyindən çağırış: Bu ölkədən çıxın!

137587

Liviyada tərəflər dərhal atəşi dayandırmalı və qan tökülməsinin qarşısını almalıdır.

VOICEPRESS xəbər verir ki, bu sözləri Ərəb Dövlətləri Liqasının rəhbəri Əhməd Əbdül Qeyt deyib.

Liqa rəhbəri, həmçinin, son dövrlər güclənən xarici hərbi müdaxilənin də qəbuledilməz olduğunu bildirib:

“Bu böhranı aradan qaldırmaq üçün hərbi həll yolu yoxdur. Hadisələrin gedişatı hər iki tərəfin öz şərtlərini tətbiq edə bilməməsini göstərdi. Əks halda bu, Liviyada sabitlik və təhlükəsizliyin bərqərar olmasına səbəb olardı”.

Əvvəlki məqaləASRP Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir
Növbəti məqalədəQarayevin səlahiyyətlərini kim icra edir? – Rəsmi