Vitse-spikerdən icra başçısının həbsinə REAKSİYA

0
20808

Dövlət Təhlükəsizlik Xidmətinin bu gün Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə xəbər yayılıb. Məlumata görə, İcra Hakimiyyətinin binasına giriş qadağan edilib. Hətta icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyi qeyd olunub.

VOİCEPRESS məlumatı dəqiqləşdirmək üçün Milli Məclisin sədr müavini, Biləsuvardan seçilmiş deputat Fəzail İbrahimli ilə əlaqə saxlayıb. Vitse-spiker saytımıza açıqlamasında bunları deyib:

“Bu barədə danışmaq hələ tezdir. Nəticələri gözləyək. Nəticələrdən sonra düşüncələrimizi bölüşərik”.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

İcra başçısının həbs olunması xəbərini ilk olaraq Qafqazinfo yayıb.