Təşəbbüskar Anar Ələkbərov-Fotolar

13 Aprel, 17:24

Dövlət idarəçiliyində həm milli ruhlu, həm də işinin peşəkarı olan kadrların önə çəkilməsi artıq ənənə halını almışdır. Dövlət başçısı İlham Əliyevin perspektivli kadrların irəli çəkilməsinə xüsusi diqqət ayırması, cəmiyyət həyatının, demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr bazasının yaranmasına töhfə verir. Belə parlaq və perspektivli, həmçinin potensialı şübhə doğurmayan gənc kadrlardan biri də prezident İlham Əliyev tərəfindən köməkçi təyin edilmiş Anar Ələkbərovdur.

Bəs Anar Ələkbərov kimdir?

Anar Sahib oğlu Ələkbərov 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq Menecment ixtisası üzrə bakalavr, 2001-ci ildə isə adıçəkilən ali təhsil müəssisəsinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Anar Ələkbərov 2008-ci ildən Heydər Əliyev Fondunun, 2012-ci ildən isə Heydər Əliyev Mərkəzinin icraçı direktoru vəzifəsində çalışır.

Anar Ələkbərov 2013-cü ildə Fransanın “İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

Anar Ələkbərov 2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – “Komandor xaç” ordeni ilə təltif edilib.

2014-cü ildən Azərbaycan Avtomobil İdman Növləri Federasiyası prezidenti vəzifəsində çalışır. Ölkəmizdə hər il təşkil edilən Formula-1 yarışlarının uğurlu şəkildə təşkil edilməsində əsas şəxslərdən biri məhz Anar Ələkbərovdur. O, üzərinə düşən missiyanı və tapşırılan işi çox məsuliyyətlə və uğurla tamamlayır.

Anar Ələkbərov hələ Heydər Əliyev Fondunda çalışırkən və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün müsbət əməllərini gənc bir kadr olaraq örnək götürmüş və bütün fəaliyyətini də məhz bu istiqamətdə qurub. Heydər Əliyev Fondunun həyata keçirdiyi bir sıra layihələri icra edib.

Anar Ələkbərovun 2014-cü ildə “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və “Mehriban” adlı kitabı çap edildi.

İndiyə qədər bir çox beynəlxalq konfranslarda Azərbaycanı təmsil etmişdir.

2015-ci ildə “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan Nümayəndə heyətinin sədri olub.

Anar Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” Ordeni ilə təltif olunub.

Prezident Ilham Əliyevin 29 noyabr 2019-cü il tarixli Sərəncamı ilə  Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edib.

Anar Ələkbərovun atası İqtisadiyyat nazirinin müavini, Sahib Ələkbərovdur. Amma bir məqamı xüsusi vurğulamaq lazımdır, Anar Ələkbərov o məmur övladlarındandır ki, davranışları ilə hər zaman örnək olur. Həyatda hər bir uğura şəxsən özü nail olub.Anar Ələkbərovun fəaliyyəti barədə onu tanıyan şəxslər bildirir ki, o, peşəkar idarəedicidir,təşəbbüskardır, və bütün verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Müxtəlif layihələrlə çıxış edib, onları yüksək səviyyədə reallaşdırmağa çalışır.

XALQ.AZ kollektivi Anar Ələkbərovu doğum günü münasibəti ilə təbrik edir,gələcək fəaliyyətində ugurlar arzulayırıq.

На изображении может находиться: 3 человека, люди улыбаются, люди стоят
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
news-detail
На изображении может находиться: 3 человека, люди стоят и в помещении
На изображении может находиться: 3 человека, люди стоят, костюм и в помещении
Birinci vitse-prezident Mehriban Əliyevanın ən parlaq kadrı - ANAR ƏLƏKBƏROV KİMDİR?
Anar Ələkbərov, Hacı Nuran, Leyla Əliyeva
news-detail
При организации Фонда Гейдара Алиева в Каннах начались Дни азербайджанской культуры (ФОТО)
news-detail
news-detail
news-detail

Zaur Mirzə-zadə