Həbs xəbəri yayılan icra başçısının DOSYESİ – Əvvəl kolxozda işləyib

0
20611
????????????????????????????????????

Dövlət Təhlükəsizlik Xidmətinin bu gün Biləsuvar rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirdiyi barədə xəbər yayılıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə məlumat yayan “Qafqazinfo” artıq icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyini qeyd edib.


Modern.az saytı haqqında həbs xəbəri yayılan icra başçısının dosyesini təqdim edir:
Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ali təhsillidir. “Naxçıvan” universitetini  bitirib. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1975-1977-ci  illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlayıb.Hərbi xidmətdən qayıtdıqdan sonra  1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışıb.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində  Səbail bələdiyyəsinin üzvü seçilib və 08.09. 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutub.

08.09.2006 – 26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

26 aprel 2011-ci il tarixdə ölkə başçısının sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.