Cənab nazir, düzgün iş adamı da olur!

141567

Aprelin 4-də Azərbaycanın xeyriyyətçi iş adamı, VOİCEPRESS Beynəlxalq Media və Araşdırmalar Mərkəzinin  İşadamları Birliyinin  fəxri üzvü Novruz Allahverdiyevin 65 yaşı tamam olur.

Novruz Allahverdiyevi çoxlarınız bəlkə də heç tanımırsız. Çünki o qədər böyük qəlbi var ki, nə xeyriyyətçiliyinin, nə də təcrübəli iş adamı olduğundan kimsənin danışmasını heç bir zaman istəməyib. Bəzi məmurlardan fərqli olaraq, Heydər Əliyevə sözün əsil mənasında pərəstiş etsədə bunu heç bir zaman istifadə etməyib. Bəzi məmurlardan fərqli olaraq, Ulu Öndərin məzarını ziyarət etdiyində, ona ehtiramla baş əydiyində belə bunun rəsmini çəkib saytlrada nümayiş etdirməyib.

Bəlkə də, bu üzdən onu heç kəs tanımır. Bəlkədə o üzdən Parlament seçkilərində namizəd olsa da, Azərbaycanı millət vəkili simasında təmsil etmək ona nəsib olmadı.

Amma qəlbi, ruhu, canı və qanı ilə Azərbaycana bağlı biridir. Onunla ilk dəfə tanışlığımda, ölməz lider Heydər Əliyevdən elə danışırdı ki, danışdıqlarından heyrətə gəlmişdim…

Çünki əsasən vəzifə və kürsü başına gəlmək istəyənlər tərif oxumağa və bu tərifləri mediyada tirajlamağa başlayır. Hər dəfə Novruz Allahverdiyevlə söhbət etmək imkanı olduğunda, onun ölməz lider Heydər Əliyevə olan bağlılığı, sədaqəti, gördüyü işləri duyduğumda heyrətə gəlməklə yanaşı, bir jurnalist kimi bunları yazmaq istəsəmdə, Novruz müəllim heç bir zaman bunları yazmağıma izin verməyib. Əslində jurnalist çox nadir hallarda sirr saxlaya bilir. Çünki məslək olaraq, artıq məlumatı duyurmağı adət edir bir növ. Bu gün doğum günü olduğu üçün fürsətdən istifadə edib, üstübağlı da olsa, Novruz müəllimin şəxsiyyətini sizlərə tanıtmaq istədim.

Novruz müəllim fədakar, mərhəmət dolu və vətənini, millətini həqiqətən sevən insandır. Novruz müəllim bəzi işadamları və məmurlardan fərqli olaraq, insanlardan öz maraqları üçün istifadə etmir, onlara yuxardan aşağı baxmır. Əksinə hər kəslə, hətta bir çox məmurların qınaq obyekti olan jurnalistləri belə məmur kimi qarşılayır.

Xatırlayıram detektiv romanım yeni çıxmışdı. Kitabımı nazirin birinə hədiyyə etdim. Romanda müflis olmuş bir iş adamının düzgünlüyündən danışırdım. Üzərindən bir müddət keçəndən sonra həmin nazirlə görüşdüm. Kitabı oxuduğunu söyləmişdi. Amma bir az yeni yazar olduğum üçün tənqidləri də olacağını dedi. Buyurun, deyib tənqidləri eşitməyə hazır olduğumu bildirdim. Dedi ki, romanda iş adamının düzgünlüyündən yazmısan…. Bəli, dedim. Amma işadamı heç bir zaman düzgün ola bilməz dedi. Heyrətlə üzünə baxdım. İçimdən necə yəni, işadamının mütləq oğuru və hırsızmı olması gərəkir deyə sorsam da, nazirin sözünü kəsib bunu səsli sormağa cəsarət etmədim.

İşadamı düzgün ola bilməz. İnsan ya iş adamı olur, ya da düzgün olub başqa iş sahibi olur. Bunlar bir birinə zidd anlayışlardır, deyə əlavə etdi.

Heyif ki, ona o vaxdı Novruz Allahverdiyevi tanımasaydım mən də, sizin kimi düşünərdim, demədim. Bunun üçün çox peşimanam. O üzdən bu gün Novruz Allahverdiyevin simasında düzgün də iş adamı olduğunu sadəcə o nazirin deyil, hər kəsin bilməsini istədim.

Novruz müəllim, simanızda iş adamlarının düzgün də ola bildiyini, ölməz liderə pərəstiş etməyi göstəriş və  vəzifə üçün yox, sadəcə insanın özünü tapa bilməsi üçün, vicdanı ilə üzləşə bilməsi üçün gərəkli amil olduğunu öyrəndim.

Çox yaşayın Novruz müəllim! Dünya durduqca var olsun Sizin kimi dəyərli insanlar!

Əvvəlki məqaləBakan Albayrak açıkladı: 3 ay maaş desteği vereceğiz
Növbəti məqalədəFəzail Ağamalını Türkiyədə soydular: həbs edildi…