ASRP müavini: “Hesab edirəm, İlham Əliyevin ismi Azərbaycan tarixinə renesans dövrünün banisi kimi yazılmalıdır”

0
52442

“Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını yaradıcı surətdə davam etdirən ölkə başçısının Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətçilik fəaliyyəti nümunəvi idarəçilik məktəbidir!” Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova parlamentdə müxalif partiyaların  rəhbər organlarda təmsil olunması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, yeni siyasi institutların formalaşmasının əsasını ulu öndər Heydər Əliyev qoyaraq, ölkədə  siyasi institutların formalaşması  və müxalif partiyaların bu prosesə töhfə verə bilməsi ilə ölkənin  millətçilik və dövlətçilik  strategiyası ilə  idarəçiliyinə nail olmuşdur. Hazırda biz eyni siyasi təcrübənin layiqli davamçısı olan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə parlamentdə yaradılan ədalətli siyasi sistem, nəticələrini müşahidə etməyə müvəffəq olmuşuq. Unutmamalıyıq ki,  hakimiyyət tərəfindən müxalif partiyalarla siyasi diyaloqların davam etdirilməsi, ölkədə uğurlu daxili siyasi idarəetmə təcrübəsinə dayanır. Azad Demokratlar Partiyasının və “Yeni Zaman” Partiyasının qeydiyyata alınması  birmənalı olaraq, ölkədə yeni siyasi institutların yaradılmasının davam etdirilməsi strategiyasının baris nümunəsidir. Çoxpartiyalı sistem ölkədə daxili siyasi tarazlıq və fikir balansının formalaşması deməkdir…Buna görə də, son parlament seçkilərinin nəticələrinə görə, Milli Məclisdə  çox sayda müxalif partiyanın təmsil olunduğunu görə bilirik. Bu isə Parlamentdə fərqli siyasi baxışlara, baxmayaraq  milli dövlətçilik mənafeyi və milliyyətçilik strategiyasının vəhdəti ilə qanun qəbul edilməsi təcrübəsinin formalaşması deməkdir. Buna əsasən də demək olar ki, ölkədə Cənab Prezident İlham Əliyevin təşəbbüsü və uzaqgörənliyi ilə yeni siyasi mərhələnin təməli qoyuldu. Ölkə başçısının  rəhbərliyi ilə ölkənin hər bir sahəsində sözün əsil mənasında renesans yaşanır, islahatlar aparılır.

Qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə Cənab Prezident İlham Əliyevin  Azərbaycan dövlətinin iqtisadi və siyasi qüdrətinin güclənməsinə böyük töhfələr verə biləcək ıslahatlara imza atmasını yüksək qiymətləndirməmək, ən azından ədalətsizlik olar!

Hesab edirəm, İlham Əliyevin ismi  Azərbaycan tarixinə renesans dövrünün banisi kimi yazılacaq”