Əsli Kazımova: “Cənab Prezidentin apardığı islahatların nəticəsidir ki, bu gün müxalif və iqtidar mövqeli insanların ölkə daxilindəki status və hüquqları bərabərdir”

0
35290

“Cənab Prezidentin ölkədə apardığı islahatların nəticəsidir ki, bu gün müxalif və iqtidar mövqeli insanların ölkə daxilindəki status və hüquqları bərabərdir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əli Kazımova REAL  partiyasının sədri İlqar Məmmədovun və İnsan Haqları klubunun rəhbəri Rəsul Cəfərovun bəraət qazanmaları ilə bağlı danışarkən  deyib. Onun sözlərinə görə, dövlət başçısının  rəhbərliyi ilə ölkədə ədalətin və demokratiyanın bərqərar olması adına  atılan bütün addımlar təqdirə layiqdir: “Ölkədə hər kəsin siyasi baxış və mövqeyindən asılı olmayaraq,  bərabər statusa və hüquqa malik olmasını görmək çox sevindiricidir. Cənab Prezidentin ölkədə belə bir demokratik şərait yaratması Azərbaycanımızın qüsursuz  və nümunəvi dövlət idarəetmə mödelinə çevirir. Parlamentdə yüksək vəzifələrdə müxalif partiya liderləri təmsil olunur,  Azərbaycan Ali Məhkəməsinin qərarı ilə əvvəllər həbs edilmiş Real Partiyasının lideri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovun  barəsində çıxarılmış hökmləri ləğv edərək, hər ikisinə bəraət verir. Bununla yanaşı məhkəmə mənəvi ziyana görə Cəfərova 57400 manat, Məmmədova isə 234 000 manat təzminat ödənilməsi barədə də, qərar verir.

Əslində bu qərar Avropa İnsan Hüquqları Konvensiyasını hər məqamda istifadə edərək, radikal müxalifətin dövlətə qarşı məkirli siyasi ambisiyalarını ortaya qoymuş oldu. Cənab Prezidentin ölkədə mövcud şəraitdən sui istifadə hallarının baş verməməsi adına, ədalətli qərar verilməsi adına yaratmış şərait əslində radikal müxalif partiya liderlərinə əsil dövlət idarəçilik modeli prinsiplərinə dayanan tutarlı bir cavab oldu.

Dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir şəraitdə, ölkə başçısının məqsədyönlü şəkildə həm pandemiya ilə mübarizə tədbirlərinə nəzarət, həm tibbi ləvazimatların istehsalı baxımından hazırlıqlı olmaq adına atılan addımlar, həm də, dövlətdaxili siyasi islahatlar kursu birmənalı olaraq, ölkədə sabitliyin möhkəmlənməsinə hesablanmışdır.

Bu gün pandemiya ilə mübarizə kontekstində sosial yardımların olunması, hüquq organlarının ədalətli qərar verməsi, öz səhvlərini qəbul edən ali orqanların olmasını bilmək, demokratik prinsiplərə dayanan parlament seçkilərinin keçirilməsi, qanunsuzluq aşkar edilsə də, Yeni Azərbaycan Partiyasının namizədi belə olsa nəticələrin ləğv olunması qərarının verilməsi də, özü özlüyündə vətəndaşın dövlətə olan inamını artırır. Bunlar gözardı edilməməlidir. AXCP, Milli Şura  kimi radikal müxalifəti təmsil edən nümayəndələr ədalət naminə bunları da deməlidir. Sadəcə şərlə, böhtanla, qarayaxma kampaniyası ilə müxalifət olmaq olmur.

Müxalif partiyalar olduğu üçün Azad Demokratlar və Yeni Zaman Partiyaları qeydiyyata alınmırdı. Bu gün onlar da dövlət qeydiyyatına alındı. Bu gün Müxalif Partiya sayılan Azadlıq Partiyasının sədri Əhməd Orucun və hüquq müdafiəçisi Oktay Güləliyevin müalicəsinin Heydər Əliyev Fondu tərəfindən üstlənərək, Türkiyədə davam etdirilməsi, məgər  cənab Prezidentin və xanım Mehriban Əliyevanın hümanist düşüncəsinin, dövlətə olan qayğısının bariz nümunəsi deyilmi?

Bu gün iqtidar müxalifəti təmsil edən nümayəndələrin belə müalicəsinə diqqət ayırırsa, sırf yüksək insanlıq keyfiyyətlərinə dayanaraq, siyasətlə insani keyfiyyətləri qarışdırmırsa, dəfələrlə ən radikal müxalif partiyaları hər şeyə rəğmən dialoqa dəvət edirsə, bu birmənalı olaraq, sağlam iqtidar-müxalifət münasibətlərinin fomalaşmasına xidmət edən amillərdir.

Bir daha qeyd etmək istəyiəm ki, hər zaman bizə Avropa standartları deyə göstərilən Avropanın ən inkişaf etmiş dövlətlərinin  praktikasına baxın. Pandemiya ilə mübarizə apardıqları üçün, ayrı ayrı dövlətlərin daxili və xarici siyasi idarəçiliyin kontroldan çıxdığını müşahidə edirik. İqtisadi baxımdan yaşanan yoxsulluğu, süni qiymət artımlarına yol verilən dövlətləri görürük. Bu gün dövlətimizdə karantin xaricində heç bir şəkildə dövlət daxilində fövqəladə hal elan edilməsi hiss olunmur. Mağazalar 24 saat açıq, heç kəs “Aclıq olacaq” deyə panikaya qapılmır. Bunlar xırda xırda detallardır. Amma hər bir detal ölkədə sabitliyin qorunması üçün hesablanmışdır. Bu gün Cənab Prezidentin COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda nümunəvi dövlət idarəçilik modelinə dayanaraq, verdiyi qərarların cəmiyyətdə sabitlik və inam yaratmaqla yanaşı, “evdə qal” kampaniyasına riayət edib evində gözləyən hər bir vətəndaşımızı “Çiçəklənən Azərbaycan” naminə yaşamağa və mübarizə aparmağa motivə edir!”