Əsli Kazımova: “Bir sıra partiyaların Cənab Prezidentin gördüyü işlərə kölgə salmaq niyyəti birmənalı olaraq qəbuledilməzdir”

0
63853

“Bir sıra siyasi partiyaların Nazirlər kabinetinə ünvanldıqları müraciətlər düzgün deyil”. Bunu VOİCEPRESS-ə Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini Əsli Kazımova deyib. Onun sözlərinə görə, iqtidar Covid-19 pandemiyası ilə bağlı ölkədə gərəkli tədbirləri görür: “Bunu mən hər hansısa bir siyasi partiyanın müraciətini və ya imicini qaralamaq məqsədi ilə söyləmirəm. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla ayrı ayrı dövlətlərin səlahiyyətli şəxsləri belə Azərbaycanın epidemiya ilə mübarizədə nümunəvi strategiyasından bəhs etdikləri halda, bir sıra partiyaların Cənab Prezidentin gördüyü işlərə kölgə salmaq niyyəti birmənalı olaraq qəbuledilməzdir. Belə bir halda hökümətə dəstək olmaq lazımdır. Dəstək ola bilməyənlər, heç olmasa belə gərəksiz müraciətləri ilə köstək olmasınlar. Ümumiyyətlə bir az dərinə getsəz görərsiz ki, bir çox partiyaların bu müraciətdən xəbərləri belə yoxdur. Yəni kim onları yazıb, kim onları imzalayıb məlum deyil. Çünki birmənalı olaraq destruktiv xarakter daşıyır. Hazırda Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə belə ağır bir vəziyyətdə hökümət tərəfindən görülən işlərə partiyalar tərəfindən dəstək verilməlidir. Belə çətin anda dövlət daxilində ikilistandartlarla yanaşmaq və dövləti ittiham etmək nə insanlıq, nə də müxalifətçilik deyil. Mən ad çəkmək istəmirəm. Amma dövlətdaxilində belə ağır vəziyyətdə ikilistandartlarla yanaşmaya və məkirli kampaniyalara yol verilməsini şiddətlə qınayıram”.