Zahid Oruc maaşının bir hissəsini fonda verəcək

0
129465

Sosial Tədqiqatlar Mərkəzinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri, millət vəkili Zahid Oruc sosial məsuliyyət və vətəndaşlıq borcuna əməl edərək maaşının bir qismini fonda ianə edib.

Bu barədə  STM-dən məlumat verilib.

“Ümid edirik ki, ən qısa zamanda koronavirus bəlası sona çatar! İndi həmrəyliyə hər zamankından daha çox ehtiyacımız var”, – məlumatda qeyd olunub.