Yunanıstanda daha 103 nəfər koronavirusa yoluxub

50391

Yunanıstanda daha 103 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin COVID-19 üzrə nümayəndəsi, professor Sotiris Siodras brifinq zamanı bildirib.

Onun sözlərinə görə, 49 yoluxma halı son sutka ərzində, 54 yoluxma halı isə əvvəlki sutka ərzində qeydə alınıb.

“Bu, ciddi artımdır. Virusun yayılmasının qarşısını altmaq üçün hər kəs qaydalara əməl etməlidir”, – Siodras belə deyib.

Ölkədə ümumilikdə 4000-dən çox laboratoriya müayinəsi aparılıb. Səkkiz yoluxmuş şəxs reanimasiya şöbələrində ağır vəziyyətdədir. Xəstəxanalarda cəmi 51 xəstə var. Siodras bildirib ki, 4 xəstə virusdan ölüb, 10 nəfər isə sağalaraq evə buraxılıb.

Əvvəlki məqaləDaha 3 çempionat dayandırılıb
Növbəti məqalədəQərargah: Türkiyədən qayıdanlar müayinədən keçiriləcək, zərurət yarandığı halda, 14-28 günlük karantinə yerləşdiriləcək