Xameneidən ABŞ-a: Hansı ağıllı sizdən dərman alar?!

0
129354

Koronavirusla mübarizə üçün ABŞ-ın tibbi preparatları yetərli qədər deyil.

VOİCEPRESS xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

“ABŞ rəhbərliyi bəyan edib ki, İrana tibbi yardıma və dərmanlarla kömək etməyə hazırdır. Bu, çox qəribə sözlərdir. Birincisi, sizdə kəsir var. İkincisi, siz amerikalıları virusun yaradılmasında ittiham edirlər. Mən bilmirəm, bu ittihamlar nə qədər doğrudur, amma belə ittihamlar olduğu müddət ərzində hansı ağıllı adam sizdən dərman qəbul edər?! Yəqin ki, sizin preparatlar xəstəliyin yayılması üçün daha böyük vasitədir. Sizə güvənmək olmaz. ABŞ İslam Respublikasının əsas düşmənidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İran hökuməti koronavirusla əlaqədar ABŞ-dan ona qarşı sanksiyaların ləğvini tələb etmişdi.