“Uber” taksilərdə koronavirusa yoluxanlara kompensasiya ödəyəcək

233583

ABŞ-ın dünyanın müxtəlif ölkələrində taksi fəaliyyəti ilə məşğul olan “Uber” şirkəti takstlərdə yeni tip koronavirusa (Covid-19) yoluxanlara kompensasiya ödəyəcək.

VOİCEPRESS-in verdiyi məlumata görə, bunu şirkətin Birinci Vitse-prezidenti Endryu Makdonalda bildirib.

Koronavirusa yoluxan sürücü və sərnişinlər 14 gün ərzində kompensasiya ala bilərlər.

Xatırladaq ki, mərkəzi ofisi San-Fransiskoda yerləşən “Uber” 2009-cu ildə yaradılıb. Hazırda şirkət dünyanın 100-dən çox şəhərində taksi xidməti təklif edir. “Uber” hər çağırış üçün taksilərdən 20 faiz komissiya alır.

Əvvəlki məqaləSiber polisler sosyal medyada ‘koronavirüs’ devriyesinde
Növbəti məqalədəBritaniya Baş Nazirinin ticarət elçisi Azərbaycan qadınlarını təbrik edib