Türkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb

4 Mart, 20:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

VOICEPRESS-in yerli bürosunun NTV telekanalına istinadən verdiyi xəbərə görə, Çankaya köşkündə keçirilən görüşdə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

İki saata qədər davam edən görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, miqrantlar və İdlibdə baş verənlərin müzakirə olunduğu bildirilib.