Türkiyədə koronadan 2-ci ölüm: Xəstə sayı 191-ə çatdı

0
140302

Türkiyədə koronavirusda (Kovid-19) ikinci ölüm faktı qeydə alınıb.

VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərə açıqlamasında deyib.

Nazir həyatını itirən xəstənin 61 yaşlı kişi olduğunu bildirib:

“93 virusa yeni yoluxma halı qeydə alınıb. Bununla da ümumi xəstələrin sayı 191-ə çatıb. Təhlükənin qarşısını birlikdə alaq!”.